“Yaşıl elm“in baş redaktoru həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Yaşıl elm“in baş redaktoru həbs olundu

Kriminal

25 May 2023 12:23 1195


"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs edilib.

Yenisabah.az APA-ya istinadla Taryel Abdullayev dələduzluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3. 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham verilib. pizza hut

İş üzrə 4 nəfər zərərçəkən şəxs var. Taryel Abdullayev həmin şəxslərə xaricdə təhsil almaq adı ilə dələduzluq etməkdə ittiham edilir.

Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Taryel Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və Taryel Abdullayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Taryel Abdullayev bundan sonra məhkəməyə barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməsi ilə bağlı müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!