Yaxın gələcəkdə bu peşələr “öləcək”

saytların hazırlanması

Evə çatdırılma

Yaxın gələcəkdə bu peşələr “öləcək”

Sosial

29 Dekabr 2020 07:22 854


Mühasib, yük maşını sürücüləri və taksi sürücülərinin peşələri yaxın 10 ildə lazımsız hala düşmə riski ilə üzləşiib.

“İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyanın “SuperJob” iş axtarışı xidmətinin rəhbəri Aleksey Zaxarov bildirib.

Onun sözlərinə görə, mühasiblərə tələbat rəqəmsallaşmanın artması və elektron sənəd dövriyyəsinə kütləvi keçid fonunda azalır, pilotsuz maşınlar isə gələcəkdə sürücüləri əvəz edə bilər. Pepperoni pizza

“Konveyerdən çıxacaq bütün yeni yük avtomobilləri ya hazırda insansız əməliyyat üçün yenidən təchiz olunma ehtimalına baxır, ya da belə bir fürsəti çox yaxın gələcək üçün nəzərdə tutur”, - deyə o, vurğulayıb.

Zaxarov bildirib ki, yaxın illərdə xarici dil müəllimlərinin də peşəsi risk altındadır: bu da böyük ölçüdə texnologiyanın inkişafı ilə əlaqədardır. O, elektron tərcümə xidmətlərinin səmərəliliyinin artdığını, dillərin öyrənilməsinin isə artıq çoxları üçün sadəcə hobbi halına gəldiyini açıqlayıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!