Yaxın Şərqdəki bazalara hücum nəticəsində 20-dən çox ABŞ hərbçisi yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Yaxın Şərqdəki bazalara hücum nəticəsində 20-dən çox ABŞ hərbçisi yaralanıb

Dünya

25 Oktyabr 2023 07:30 247


Ötən həftə ABŞ-ın İraq və Suriyadakı bazalarına pilotsuz təyyarələrin hücumu nəticəsində 20-dən çox ABŞ əsgəri yaralanıb.

Bu barədə “NBC News” telekanalı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına istinadən məlumat yayıb. Bildirilib ki, Suriyadakı Ət-Tanf bazasında 20 əsgər, İraqdakı Ayn əl-Əsəd bazasında isə daha 4 əsgər yaralanıb. Hücumlar nəticəsində hərbi obyektlərə ziyan dəyməyib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder oktyabrın 17-dən 24-dək ABŞ və koalisiya qüvvələrinin İraqda 10, Suriyada isə 3 dəfə hücuma məruz qaldığını təsdiqləyib. Dördpendirli pizza

Bundan əvvəl şiə qruplaşmalarının döyüşçüləri ABŞ-dan qoşunlarını İraqdan və Yaxın Şərqin digər ölkələrindən çıxarmasını tələb ediblər. Bildirilib ki, “Amerika qoşunları dərhal bölgəni tərk etməlidir, əks halda onların bazalarına hücumlar davamlı olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!