Yemək bişirmədiyi üçün arvadını binadan atdı

saytların hazırlanması

Evə çatdırılma

Yemək bişirmədiyi üçün arvadını binadan atdı

Kriminal

28 Avqust 2023 15:26 738


Sankt-Peterburqda məişət münaqişəsindən sonra çoxsaylı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. 

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Kupçinskaya küçəsində baş verib. Burada 43 yaşlı qadın üçüncü mərtəbənin pəncərəsindən yıxılıb. Zərərçəkənin dediyinə görə, əri onu bayıra atıb. Buna səbəb ərinə şam yeməyi hazırlamaması olub.

Qadın tibb müəssisəsinə çatdırılıb, ona kəllə-beyin travması, çanaq sümüklərinin sınığı, hematoma və bir sıra digər xəsarətlər diaqnozu qoyulub. Pepperoni pizza

Polis tez bir zamanda hadisəni törədən şəxsi həbs edib. Onun 49 yaşlı fəhlə olduğu üzə çıxıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən lazımi tədbirlər görülür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!