Yeni bəla gəlir: 50 milyon insanın həyatı təhlükədədir

saytların hazırlanması

Evə çatdırılma

Yeni bəla gəlir: 50 milyon insanın həyatı təhlükədədir

Dünya

05 Aprel 2024 14:55 2174


Cənubi Amerika ölkəsi Argentinada danq qızdırması hallarının artması rekord həddə yaxınlaşdıqca insanlar ağcaqanad qovucu tapmaqda çətinlik çəkirlər. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda danq qızdırması məqsədilə hazırlanmış  peyvənd var, lakin hələ geniş yayılmadığı üçün insanların əksəriyyəti virusdan qorunmaq üçün profilaktik üsullara müraciət edirlər. 

Argentinalılar deyirlər ki, ağcaqanadlara qarşı dərman almaq demək olar ki, qeyri-mümkün olub.  Toyuqlu pizza

Bir çox supermarket və apteklərin girişində “Ağcaqanad qovucu yoxdur” lövhələri asılıb. Bu vasitələr bəzi e-ticarət mağazalarında olsa da, satış qiymətləri astronomik səviyyəyə çatıb. 

Hökumət bu problemin yaxın günlərdə həll olunacağını açıqlayıb.

Ancaq bir çox insan, xüsusən də paytaxt Buenos-Ayresdəkilər artıq yüzlərlə argentinalıya təsir edən xəstəlikdən narahatdırlar. 

Argentinada ağcaqanad qovucuları istehsal edən şirkətlərin rəsmiləri bildiriblər ki, təchizatla bağlı problemlər proqnoz xətası ilə bağlıdır və istehsalı bie neçə ay çəkir. 

Səhiyyə naziri Mario Russo yerli radioya verdiyi açıqlamada bunun "təchizat və tələb uyğunsuzluğu problemi" olduğunu söyləyib.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə rast gəlinən danq qızdırması virusu insanlara ağcaqanadlar vasitəsi ilə yoluxur. Qızdırmaya, səpgiyə və bəzən ölümə səbəb olan bu virus tropik bölgələrdə yayılır və hər il 50 milyondan çox insan sözügedən virusa yoluxur.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!