“Yeni hökumətdə vəzifə tutmağımız...” - Elşad Musayevdən maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Yeni hökumətdə vəzifə tutmağımız...” - Elşad Musayevdən maraqlı açıqlama

Siyasət

10 Fevral 2024 13:58 674


Növbədənkənar prezident seçkilərinin nəticələri məlum olduqdan sonra yeni hökumətin necə və kimlərdən təşkil olunacağı ilə bağlı müzakirələr başlayıb. Seçkilərdə iştirak etmiş namizədlərin yeni hökumətdə hər hansısa vəzifə tutacağı ilə bağlı müxtəlif fikirlər səslənir. 

Bu barədə Yenisabah.az-a danışan Böyük Azərbaycan Partiyasınının seçkilərdəki namizədi Elşad Musayev bildirib ki, hər hansısa real təklif olmadığı üçün bununla bağlı nəsə demək doğru deyil: 

“Bildiyiniz kimi, növbədənkənar prezident seçkiləri başa çatdı və bu ölkəmiz üçün çox əhəmiyyətli bir hadisədir. Təbii ki, yeni seçilən prezident hökuməti yenidən formalaşdıracaq. Biz ümumiyyətlə ölkədə konstitusiya ilə bağlı fundamental islahatlar təklif edirdik. Yeni hakimiyyət dövründə hansı addımlar atılacaq, bunu zaman göstərəcək. Hazırda yeni hökumətdə vəzifə ilə bağlı hər hansısa real təklif olmadığı üçün nəzəri baxımdan cavab verməyi doğru hesab etmirəm”.  Pepperoni pizza

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!