Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov daha bir vəzifəli şəxsi işdən çıxarıb.
Yenisabah.az xəbər verir ki, Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyətinin Sektor müdiri - baş mühasib Quliyeva Bəyim Əmirxan qızı tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur. Pepperoni pizza
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifəyə təyin olunduqdan sonra iki müavinini və iki şöbə müdirini işdən çıxarıb. /report
Telegram kanalımız