Yeni icra başçısı Şəhidlər Xiyabanında - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısı Şəhidlər Xiyabanında - Fotolar

Sosial

10 İyul 2024 21:37 4614


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid məzarlarını ziyarət edib.

Yenisabah.az xəbər verir ki, bu gün rayondakı fəaliyyətinin ilk günündə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan döyüşlərdə həlak olan Beyləqan şəhərində dəfn olunmuş şəhidlərin məzarlarını və Cərciz Peyğəmbər ziyarətgahını ziyarət edib.

Ziyarət zamanı şəhidlərimizin ruhlarına dualar edilib, əziz xatirələri ehtiramla anılıb. Marqarita pizza

Ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasında beyləqanlıların da xüsusi çəkisi və rolu olub. Vətən Müharibəsində Beyləqan rayonunda 2300-ə yaxın vətəndaş iştirak edib. Qəhrəmanlar yurdu adlanan Beyləqan Vətən Müharibəsi zamanı və sonrakı döyüş əməliyyatlarında 147 şəhid verib. Bununla da ən çox şəhid verən rayonlar sırasına yüksəlib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!