Yeni il gecəsi Fransada yüzlərlə avtomobil yandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Yeni il gecəsi Fransada yüzlərlə avtomobil yandırıldı

Dünya

01 Yanvar 2022 19:02 870


Fransada yeni il gecəsi 870-dən çox avtomobili yandırılıb.

Yenisabah.az xəbər verir ki, bunu Fransa Daxili İşlər Naziri Jerald Darmanen bildirib.

Nazir ötən illərlə müqayisədə yanan avtomobillərin və polis əməkdaşlarına hücumların sayının azaldığını qeyd edib. O xatırladıb ki, 2019-cu ildə Yeni il gecəsi iğtişaşçılar 1,3 mindən çox avtomobili yandırmışdılar. Marqarita pizza

Darmanen bildirib ki, bir gecədə Fransada 440-dan çox adam saxlanılıb. Onlardan 380-ə yaxını nəzarətə götürülüb.Nazir yanvarın 1-nə keçən gecə şəhərlərin küçələrində patrul xidməti həyata keçirən polis və jandarm əməkdaşlarına minnətdarlığını bildirib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Yeni il gecəsi sakinlərin və turistlərin təhlükəsizliyini 95 mindən çox polis və jandarm təmin edib. /Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!