Yeni ilə qədər Dilqəmlə Şahbazı evə buraxacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Yeni ilə qədər Dilqəmlə Şahbazı evə buraxacaqlar

Sosial

29 Dekabr 2020 11:57 566


"Mənə bildirdilər ki, Yeni ilə qədər qardaşım evə buraxılacaq. Yəni yeni ildə evdə olmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında erməni girovluğundan azad olunmuş Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.

İ.Quliyeva qardaşı ilə bir neçə dəfə telefon vasitəsilə danışdığını deyib: Dördpendirli pizza

"Özünün dediyinə görə, səhhəti yaxşıdır, şikayəti yoxdur".

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan üçtərəfli bəyanata əsasən, dekabrın 14-də bir qrup azərbaycanlı əsir və giroluqdan azad edilib. Onlardan biri Şahbaz Quliyev, digəri isə Dilqəm Əsgərovdur.

Onlar hazırda Bakıda karantin rejimində saxlanılırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!