Yeni Kaledoniya aclıqla üz-üzə: Ərzaq qıtlığı yarandı

saytların hazırlanması

Evə çatdırılma

Yeni Kaledoniya aclıqla üz-üzə: Ərzaq qıtlığı yarandı

Dünya

16 May 2024 21:57 773


Yeni Kaledoniyada bir çox supermarket və hipermarketlərin iğtişaşçılar tərəfindən talan edilməsi səbəbindən ərzaq qıtlığı yaşanır.

Məlumata görə, Numea bölgəsindəki mağazalarda böyük növbələr yaranıb.

Piştaxtalarda süd, çörək və digər ərzaq məhsulları praktiki olaraq olmadığı halda, insanlar bir neçə saat növbə gözləməyə məcbur olurlar. Toyuqlu pizza

Bəzi supermarketlər məhdudiyyətlər tətbiq ediblər. Bir dəfəyə 10-dan çox adamı içəri buraxmırlar və eyni kateqoriyadan ikidən artıq məhsulun alınmasına icazə vermirlər.

Bundan əlavə, spirtli içkilərin və siqaretlərin satışı da qadağandır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!