Yeni Kaledoniyada məktəblər yandırıldı - Son vəziyyət

saytların hazırlanması

Evə çatdırılma

Yeni Kaledoniyada məktəblər yandırıldı - Son vəziyyət

Dünya

22 May 2024 16:38 768


Yeni Kaledoniyada məktəblərin ikisi yandırılıb, biri talan edilib.

Yenisabah.az xəbər verir ki, Fransanın Sakit okeandakı müstəmləkəsi olan Yeni Kaledoniyanın paytaxtı Numea bələdiyyəsinin sədri Sonia Laqard adadakı son hadisələrdən danışıb.

O, açıqlamasında gecənin sakit keçmədiyini bildirib: pizza sifarişi

“Adada iki məktəb yandırılıb, bir məktəbin talan edilib. Bundan başqa, böyük iş yeri və bir avtosalonda 300 avtomobil yandırılıb.”

O, Fransa prezidenti Emmanuel Makrona Konqresi çağırmamağı tövsiyə edib.

Dünən Yeni Kaledoniyaya qarşı misli görünməmiş kiber hücum təşkil edilib.

Kiber hücum ciddi zərər vermədən dayandırılıb və hücumun arxasındakı IP ünvanlarının əksəriyyətinin Rusiya mənşəli olduğu bildirilib.

Fransa hökuməti adanın müxtəlif yerlərində, xüsusən də paytaxt Numea bölgəsində şiddətin artmasının ardından bölgəyə polis və jandarma göndərməyə başlayıb.

Qeyd edək ki, 1853-cü ildən etibarən Fransanın müstəmləkəsi olan, 270 minlik əhalisi olan Yeni Kaledoniya Sakit okeanda yerləşən ada dövlətidir.

XX əsrin əvvəllərindən etibarən Fransa adada aşkarlanmış faydalı qazıntı yataqlarını istismar etməyə başlayıb. Adanın qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarılaraq Fransaya daşınıb. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən qurtulmağa çalışır.

Yeni Kaledoniya dünyanın ən böyük 3-cü nikel istehsalçısı olmasına baxmayaraq, ölkədə hər beş nəfərdən biri yoxsulluq həddinin altında yaşayır.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!