Fransa polisi və jandarmının əlavə bölmələri Yeni Kaledoniyanın inzibati mərkəzi Noumea bölgəsində asayişi bərpa etmək üçün buraya gəlməyə başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fransanın Yeni Kaledoniya üzrə Ali Komissarı Lui Le Frank məlumat yayıb.
“Bir çox əlavə qüvvələr gələcək, onlar dərhal əvvəllər nəzarəti ələ keçirə bilmədiyimiz yerlərə göndəriləcək, itirdiyimiz şəhər ərazilərini yenidən nəzarət edəcəklər”. Dördpendirli pizza
Fransanın xüsusi inzibati-ərazi qurumu olan Sakit okean arxipelaqında hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayının 1,7 mindən 2,7 minə yüksələcəyi gözlənilir.
Mayın 13-də Yeni Kaledoniyada konstitusiya islahatlarına qarşı etirazlar fonunda iğtişaşlar başlayıb. Rəsmi Paris arxipelaqda fövqəladə vəziyyət elan edib.
Telegram kanalımız