Yeni Zelandiyadan Ukraynaya 5 milyonluq yardım 

saytların hazırlanması

Evə çatdırılma

Yeni Zelandiyadan Ukraynaya 5 milyonluq yardım 

Dünya

21 Mart 2022 10:44 361


Yeni Zelandiya Ukraynaya qeyri-öldürücü silahların alınması üçün 5 milyon Yeni Zelandiya dolları (3,5 milyon ABŞ dolları) məbləğində vəsait ayıracaq və bu ölkəyə öz ehtiyatlarından qoruyucu vasitələr göndərəcək.

Yenisabah.az xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bildirib.

Baş nazir bildirib ki, silahların alınması üçün vəsait Ukrayna silahlı qüvvələrinə yanacaq, hərbi texnika, rabitə vasitələri və ilkin tibbi yardım çantalarının tədarükü ilə məşğul olan Şimali Atlantika Alyansının “Trast” fonduna yönəldiləcək. pizza sifarişi

“Bu, Yeni Zelandiyanın silah və qeyri-öldürücü hərbi texnika üçün Ukraynaya ilk birbaşa maliyyə yardımıdır”, - deyə Baş nazir qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!