Yüksək dağılıq ərazilərdə, qarlı, şaxtalı havada, gecə-gündüz iş başında... - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yüksək dağılıq ərazilərdə, qarlı, şaxtalı havada, gecə-gündüz iş başında... - Fotolar

Sosial

15 Dekabr 2020 18:56 1106


Azərbaycanın yüksək dağlıq ərazilərində yaşayan abonentlərin bu qarlı, şaxtalı havalarda elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək üçün “Azərişıq” ASC-nin əməkdaşları ekstremal şəraitdə çalışır.

“Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayevin virtualaz.org-a bildirdiyinə görə, hazırda Tovuz, Lerik və Gədəbəy rayonlarının yüksək dağılıq ərazilərində yerləşən yaşayış məntəqələrində son günlər yağan qarın ağırlığı nəticəsində bəzi hava elektrik xətləri sınıb, şəbəkədə açılmalara yaranıb.

Toyuqlu pizza

Lakin hər il olduğu kimi bu il də sərt qış aylarında gücləndirilmiş iş rejimində işləyən “Azərişıq” ASC-nin regional enerji təchizatı və satışı idarələri abonentlərin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasını təmin etmək üçün gecə-gündüz, ekstremal hava şəraitinə baxmayaraq öz işlərinin öhdəsindən gəlirlər.

“Əvvəlcədən zəruri avadanlıqların və materialların ehtiyatı yaradılıb, əməkdaşlar gücləndirilmiş iş rejiminə keçib. Son günlər həmin rayonların bir sıra kəndlərində hava şəraitinə görə elektrik xətlərində qəzalar, dirəklərin aşması və digər hallar qeydə alınsa da əməkdaşlarımız operativ olaraq bu qəzaları aradan qaldırıblar. Hazırda ən yüksək dağlıq ərazilər də daxil olmaqla bütün ölkə üzrə abonentlərin elektriklə fasiləsiz, keyfiyyətli təminatı həyata keçirilir. Xüsusi qeyd edə bilərəm ki, ölkə üzrə elektrik təchizatı şəbəkəsində son illər aparılan genişmiqyaslı yenidənqurma işlərinin nəticəsi olaraq şəbəkə sərt qış aylarına daha hazırlıqlıdır və ekstremal hava şəraitinə görə yaranan qəzaların da sayı kəskin azalıb”,-T.Mustafayev bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!