Yunanıstan azərbaycanlıların olduğu Türkiyə gəmisinə atəş açdı

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstan azərbaycanlıların olduğu Türkiyə gəmisinə atəş açdı

Hadisə

10 Sentyabr 2022 21:28 1143


Yunanıstan Sahil Mühafizəsi Bozcaadada Türkiyənin "Ro-Ro" gəmisinə atəş açıb.

Yenisabah.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Çanaqqala sahillərində "Anadolu" adlı Ro-ro gəmisinə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib. Sezar pizza

Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra gəmidə olan 18 nəfər arasında hər hansı itki və yaralananın olmadığı müəyyən edilib.

Heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Hazırda gəmi 2 Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!