Yusif və Zəhra yenə də birinci yerdədir

saytların hazırlanması

Evə çatdırılma

Yusif və Zəhra yenə də birinci yerdədir

Sosial

13 Dekabr 2020 09:10 2343


Bu ilin on bir ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

“Yeni Sabah” Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2020-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad on bir ayda 1927 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (1839), Əli (1838), Hüseyn (1733), Ömər (1178), Məhəmməd (1176), Murad (1126), Raul (943), Ayxan (821) və Tunar (787) tutur.

İlin on bir ayında qız uşaqlarına ən çox Zəhra adı verilib (1898). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1518), Məryəm (1447), Aylin (1378), Mələk (1335), Fatimə (1252), Nuray (1195), Nilay (1058), İnci (1021) və Dənizdir (926). pizza

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş ildə 13 min 231 uşağa Yusif, 12 min 665 qız uşağına isə Zəhra adı qoyulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Misirxan
    Çox mutkuyam
    21 days ago