Dmitro Kuleba beynəlxalq ictimaiyyəti Rusiyaya dəstək ifadəsi kimi Z hərfindən istifadəni qanunsuz hesab etməyə çağırıb.
Yenisabah.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri "Tvitter" hesabında yazıb:
"Bütün ölkələri Z simvolunun istifadəsini cinayət hesab etməyə çağırıram". pizza mizza
Z hərfi Ukraynada hərbi xüsusi əməliyyatda iştirak edən Rusiya hərbi texnikasının üzərinə çəkilir. Rusiyanın özündə bu işarə əməliyyata dəstəyin qeyri-rəsmi simvoluna çevrilib.
Almaniyanın bir sıra federal əyalətlərinin səlahiyyətliləri Z hərfi olan loqonu qadağan etmək qərarına gəliblər.
Bundan əvvəl Litva parlamentinin deputatları Georgi lentinin və Z hərfinin nasist və kommunist simvolları ilə eyniləşdirilməsini və onların nümayişinə görə 500 avroya qədər cərimə olunacağını təklif edib.
Telegram kanalımız