Zakir Fərəcovla bağlı açıqlama verildi: “Şahid qismində tanınması ilə bağlı...

saytların hazırlanması

Evə çatdırılma

Zakir Fərəcovla bağlı açıqlama verildi: “Şahid qismində tanınması ilə bağlı...

Kriminal

28 Mart 2023 12:26 1144


Hazırda mühakimə olunan jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun məhkəmə işində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da şahid qismində tanınması barədə məlumat səslənmişdi.

“Yeni Sabah” xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti bununla bağlı açıqlama yayıb.

Məlumatda deyilir: “Ötən gün mətbuatda Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun işində Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəcovun şahid qismində tanınması ilə bağlı məlumat yayılıb. Sezar pizza

Bildiririk ki, yayılmış məlumat həqiqəti əks etdirmir və bu işdə şəhər icra hakimiyyətinin başçısı deyil, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı şahid qismində tanınıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!