Zakir Həsənov Hulusi Akarla görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Hulusi Akarla görüşdü - Fotolar

Siyasət

29 Yanvar 2024 18:17 418


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov sabiq həmkarını yenidən ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. Sezar pizza

H.Akar isə öz növbəsində hər zaman olduğu kimi Azərbaycana bugünkü səfərindən də məmnunluq ifadə edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat bu cür səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!