Zakir Sultanov cəzasının yüngülləşdirilməsini istəyir

saytların hazırlanması

Evə çatdırılma

Zakir Sultanov cəzasının yüngülləşdirilməsini istəyir

Kriminal

17 May 2023 10:46 1346


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov yenidən Ali Məhkəməyə müraciət edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Zakir Sultanov kassasiya şikayətində cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. pizza sifarişi

Zakir Sultanov bir neçə ay əvvəl də də kassasiya şikayəti verimişdi, lakin sonradan əlavə düzəlişlər edilməsi üçün şikayətini geri götürmüşdü.

Onun cəza müddətinin başa çatmasına 2 il 6 ay qalıb.

Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifəsəlahiyytlərindən sui-istifadə )maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 5 il 6 aya endirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!