“Zapravkalar” sürücüləri aldadır? – 10 min manat təzminat...

saytların hazırlanması

Evə çatdırılma

“Zapravkalar” sürücüləri aldadır? – 10 min manat təzminat...

Sosial

23 Dekabr 2024 14:15 9173


"Lukoyl Azərbaycan"a məxsus yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə su qatılması iddiası var. Xəzər TV-in bu barədə videosu video sosial şəbəkələrdə geniş yayılıb.

Süjetdə avtomobil ustası eyni problemlə təmirə gətirilən 2 avtomobilin çənindən çıxan benzinin tərkibinə su qatıldığını nüçayiş etdirib. Avtomobil Sürücüsü benzinin "Lukoyl Azərbaycan"a məxsus olduğunu deyib.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan neft və qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, belə qatqılara daha çox dizel yanacağında rast gəlinir: Pepperoni pizza

“Ümumiyyətlə, "neft" sözünün hərfi tərcüməsi yağ deməkdir. Yağ isə su ilə qarışmır. Bu mümkün deyil. Yəni su benzin, yaxud dizellə qarışdırılıb mühərrikə düşərsə, “qluşitel”də tez-tez partlayış səsləri eşidilir. Bu isə konverzasiya nəticəsində əmələ gəlmiş su molekullarının partlaması və çıxmasıdır. Lakin yanacağa sudan savayı başqa qatqıların qatılması mümkündür. Bunu əsasən, ən çox dizeldə edirlər. Dizelin içərisinə işlənmiş yağları belə qata bilirlər”. 

Ekspertin fikrincə, sürücülər belə hallarda mütləq məhkəməyə müraciət etməlidir:

“Mən sadəcə bir şeyi başa düşmürəm ki, bu əməllərə əl atan adamlarla bağlı niyə məhkəməyə müraciət edilmirlər? Sürücülər belə hallarla qarşılaşan zaman mütləq şəkildə şikayət ərizəsi verməlidir. Əgər bu kimi hər hansı bir faktda yanacaqdoldurma məntəqəsi təxminən 10 min manat təzminat ödəsə, digərlərinə də dərs olar.

İstehlakçıların hüquqları ilə bağlı bu kimi hallarda istər İnzibati Xətalar, istərsə də Cinayət Məcəlləsində maddələr var. Nəzərə çatdırım ki, yanacağa qatqıların qatılması nəqliyyat vasitələrində ciddi problemlərə səbəb olur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...sebebkar kimdir?!. Ve ya normal olkede bele ola bilermi?!
    1 year ago
  • Sahil
    Lukoil meselesi hansi tarixde Bu mesele ne vaxta tesaduf edir zehmet olmsa tarixi qeyd ederdiz mende benzin vururam oradan mende rastlasimsam o prosesenen yeniden mator yigdrmsam
    1 year ago