Zaqatala dağlarında daha bir turist itib: Arxasınca ayı düşüb...

saytların hazırlanması

Evə çatdırılma

Zaqatala dağlarında daha bir turist itib: Arxasınca ayı düşüb...

Hadisə

12 Avqust 2022 18:30 1198


Zaqatala dağlarında daha bir turist itib.

Yenisabah.az xəbər verir ki, hadisə ötən gün baş verib.

Bir qrup yerli turist Zaqatalanın Şamilovka zirvəsinə qalxıblar. Turistlərdən biri, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsən Salahov qrupdan ayrılaraq itkin düşüb. Dostları dərhal bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat veriblər. Dördpendirli pizza

Həmçinin yoldaşları onunla telefon əlaqəsi saxlayıblar. H.Salahov dostlarına arxasınca ayı düşdüyünü və bu səbəbdən yolu azaraq başqa istiqamətə getdiyini deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib. 

Bildirib ki, Şamilovkaya qalxan bir qrup turist yoldaşlarından birinin yolu azaraq itkin düşməsi barədə DİN-in “102” xidmətinə müraciət edib. Bir müddət sonra isə həmin şəxslər itən turistin tapılması barədə polisə xəbər veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!