Zaqatalada 15 otaqlı ev yandı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada 15 otaqlı ev yandı

Hadisə

21 Yanvar 2023 17:16 625


Zaqatala rayonunda 15 otaqlı fərdi yaşayış evi yanıb.

Yenisabah.az xəbər verir ki, hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, 1957-cı il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub. Marqarita pizza

Yanğın zamanı ümumi sahəsi 480 kvadratmetr olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.

Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!