Zaqatalada 28 yaşlı gənc meşəlik ərazidə ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada 28 yaşlı gənc meşəlik ərazidə ölü tapıldı

Hadisə

26 Dekabr 2022 23:14 979


Zaqatalada ov tüfəngi ilə ehtiyyatsız davranan 28 yaşlı gənc ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə və meyitə polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib. İlkin araşdırma zamanı C.Muradovun ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.  Dominos pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!