Zaqatalada itlər kütləvi şəkildə güllələndi

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada itlər kütləvi şəkildə güllələndi

Sosial

02 Yanvar 2025 18:11 493


Zaqatalanın Danaçı massivindəki zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı görüntülər yayılıb.

Zaqatala rayon İcra Hakimiyyətindən bildirilib ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq: Marqarita pizza

"Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq".

RİH-də baytarlıq tədbirləri görüldüyü bildirilib: "İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. İtlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!