Zaqatalada yük maşını minik avtomobili ilə toqquşdu:   Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada yük maşını minik avtomobili ilə toqquşdu: Yaralılar var

Hadisə

12 İyun 2022 11:13 1275


Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub, dörd nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

“Ford” markalı 62-BO-101 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə “VAZ 2106” markalı 62-BL-239 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Dominos pizza

Zaqatala RMX-dan bildirilib ki, yaralılardan rayonun Əliabad qəsəbə sakinləri olan 1995-ci il təvəllüdlü Malik Şaban oğlu Bədirov və 1988-ci il təvəllüdlü Elçin Rəcəb oğlu Bədirovun müayinə və müalicəsi xəstəxanada davam etdirilir. Daha iki nəfərin xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!