Zaxarova: Bu təlimlər Rusiya və İrana qarşı yönəlib

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: Bu təlimlər Rusiya və İrana qarşı yönəlib

Dünya

12 İyul 2024 17:30 808


Bu təlimlər (Ermənistan-Amerika Qartal Tərəfdaş təlimləri – red.) ikinci dəfə keçiriləcək və xüsusilə İrəvanın KTMT-dəki fəaliyyətini faktiki olaraq dondurması və bu təşkilata qarşı açıq hücumlar fonunda təəssüfdən başqa heç nəyə səbəb olmayacaq.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Qərblilər hansı sülhməramlı məqsədləri bəyan etsələr də, əsas vəzifə göz qabağındadır: öz geosiyasi layihələrinin həyata keçirilməsi üçün tramplin yaratmaq, əslində isə söhbət avantüralardan gedir. Amerikalıların Qafqazda peyda olması yalnız regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq. Bu sözləri hardasa saxlaya və bir müddət sonra reallıqla yoxlaya bilərsiniz. Təəssüflə deyə bilərəm ki, bu fal yox, faktiki məlumatlara əsaslanan təhlildir. Marqarita pizza

Qərblilər Ermənistanı manyakcasına Cənub Qafqazda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına sürükləyirlər ki, bu da ilk növbədə Rusiya və İrana qarşı yönəlib.

Onlar öz himayəsi altında manevrlər və təlim proqramlarında iştirak etməklə Silahlı Qüvvələrin NATO standartlarını Respublikaya tətbiq edirlər. Bu, Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən formatlaşdırılmasına gətirib çıxarır və nəticədə qərblilər onun daxili və xarici siyasəti üzərində əlavə təsir rıçaqları əldə edirlər.

Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müttəfiqlik öhdəliklərinə sadiq qalır və hər iki tərəf üçün məqbul həll yolları tapmağa çalışır.

Eyni zamanda, İrəvanın sistemli xarakter alan bu cür addımları bu sahədə qurulmuş qarşılıqlı fəaliyyət mexanizmlərinin işləməsi perspektivlərini sarsıdır”, - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, iyulun 15-24-də Ermənistanda “Qartal partnyor-2024” birgə erməni-amerikan təlimləri keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!