Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi İranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) nazirlərin görüşündə iştirak edəcək.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə bildirib.
O deyib: "Biz Lavrovun Bazar ertəsi Tehranda keçirilməsi planlaşdırılan danışıqlarını təsdiqləyirik". Sezar pizza
Bundan əvvəl İran mediası belə bir görüşün planları barədə məlumat vermişdi.
Görüşdə siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik sahələrində regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin müzakirəsi planlaşdırılır.
“3+3” formatında ilk görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.
Telegram kanalımız