Qərbi razı salmaq üçün yenə də uçurumun kənarına getməkdən və absurdluğa meyllənməmək lazımdır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarkis Xandanyanın danışıqların davam etdirilməsi ilə bağlı bəyanatını şərh edib. Sezar pizza
Deputat deyib ki, Vaşinqton və Brüssel platformaları beynəlxalq nüfuza malikdir, Ermənistan və Azərbaycan arasında danışıqlara legitimlik əlavə edir”.
“Məndə belə bir hiss var: təəssüf ki, bu cür sözlər söyləyən bir sıra insanlar sadəcə olaraq nisbət hissini itiriblər. Söhbət belə bir mövqeyi anlamamağımızdan getmir. Cənubi Qafqazda həqiqətən davamlı sülhün bərqərar olması üçün alternativsiz yol xəritəsi Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında 2020-2022-ci illər arasında bağlanmış ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusudur. Vaşinqton və Brüsseldə isə fürsətçi maraqlar üstündür. Siz sadəcə olaraq tarixi, ölkənizin, regionun və dünyanın tarixini bilməlisiniz”.
Telegram kanalımız