“Zəhra get-gedə mərhum anasına daha çox bənzəyir“

saytların hazırlanması

Evə çatdırılma

“Zəhra get-gedə mərhum anasına daha çox bənzəyir“

Şou

08 May 2023 16:09 897


"Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri Röyal sosial şəbəkədə xanımı ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, qızı Zəhra get-gedə mərhum anasına daha çox bənzəyir:

"Bəzən gözlə görə biləcəyim qədər yaxınımdasan. Şəkillərin hər yerdə var. Amma əllərini tuta bilməyəcəyim qədər də uzaqdasan, gözəl yarım mənim. Mən 22.01.2023-cü il tarixində dünyaya əlvida dedim. Sadəcə əmanətim, öhdəliyim var. Amma hər zaman hazıram öncə Allahım, sənə, sonra həyat yoldaşıma qovuşmaq üçün. Deyirlər, üzülmə, hər şey zamanla keçəcək. Bəs niyə keçmir? Allah bir parçamı aldı məndən, digər parçamı isə günü gündən anasına o nur üzlü həyat yoldaşıma daha çox bənzəyir. Verən, alan sənsən. Şükür olsun! Nə zaman vaxt dolsa, başım gözüm üstə". pizza

Xatırladaq ki, “Toppuş bacı” bir müddət əvvəl xərçəng xəstəliyindən vəfat edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!