Zelenski açıqladı: Rusiya ilə danışıqlarda onlar vasitəçi olacaq 

saytların hazırlanması

Evə çatdırılma

Zelenski açıqladı: Rusiya ilə danışıqlarda onlar vasitəçi olacaq 

Dünya

04 İyul 2024 16:43 620


Rusiya ilə danışıqlar zamanı vasitəçilər ABŞ və Çin ola bilər. Bu, Ukrayna üçün müharibənin ədalətli başa çatmasına imkan verəcək. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verr ki, bu sözlər Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən səslənib. 

“Bilirəm ki, onların çox böyük problemləri var. Amma mənə elə gəlir ki, əgər bu müharibənin Ukrayna üçün, bütün dünya üçün ədalətli bitməsini istəyiriksə, Putini birlikdə dayandırmaq üçün haradasa mövqelər tapmalı olacaqlar. Hər biri öz yolu ilə, amma birlikdə” - dedi.  Sezar pizza

Prezidentin sözlərinə görə, əks halda müharibəyə son qoyulması təklif ediləcək və bu, Ukrayna üçün ədalətli olmayacaq. 

“Çünki Rusiya oyun oynayacaq. Putin görəcək ki, dünyanın əksər hissəsi Ukraynanın tərəfində deyil və dünya bölünüb. O və komandası daim bunun üzərində işləyir. Ona görə də mənə elə gəlir ki, ən güclü təsir vasitəsi ABŞ və Çinin qarşılıqlı təzyiqidir”, - deyə Zelenski bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!