Prezident Volodimir Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilmiş danışıqları müsbət qiymətləndirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Zelenski vətəndaşlara növbəti videomüraciətində danışıb.
"Siqnalları müsbət adlandırmaq olar", - deyən Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri, kəşfiyyat və ölkənin müdafiəsində iştirak edən hər kəs xalqın və dövlətin sağ qalması üçün çalışan yeganə təminatdır. pizza hut
Qeyd edək ki, ötən gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib.
Telegram kanalımız