Zelenskidən müsahibə alan rus jurnalistlərin başı dərddə

saytların hazırlanması

Evə çatdırılma

Zelenskidən müsahibə alan rus jurnalistlərin başı dərddə

Dünya

28 Mart 2022 08:26 429


Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə rusiyalı jurnalistlərə müsahibə verib. 
 

Ukrayna prezidentindən müsahibə alanlar Rusiyanın “Meduza” nəşrinin və “Dojd” telekanalının baş redaktorları, “Novaya qazeta”nın sualını Ukrayna prezidentinə çatdıran jurnalist Mixail Zıqar və “Kommersant”ın xüsusi müxbiri Vladimir Solovyov olub.

Roskomnadzor Rusiya mediasından Zelenski ilə müsahibəni nümayiş etdirməməyi tələb edib.

Rusiyanın Baş Prokurorluğu Zelenski ilə rusiyalı jurnalistlərin müsahibəsində dərc olunan ifadələrə hüquqi qiymət verəcəklərini bildirib.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!