Zelenskini “tarixin ən böyük ticarətçisi“ adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Zelenskini “tarixin ən böyük ticarətçisi“ adlandırdı

Siyasət

11 Fevral 2024 17:00 383


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini tarixin ən böyük treyderi (öz təşəbbüsü ilə hərəkət edən və ticarət prosesindən birbaşa qazanc əldə etməyə çalışan tacir) adlandırıb. Sabiq prezident Rusiya ilə Ukrayna arasında "sövdələşmə" olacağı təqdirdə ABŞ-ın milyardlarla dollar itirə biləcəyini vurğulayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"O, Ukrayna prezidenti Volodimir Zelenskini "tarixin ən böyük treyderi" adlandırıb və Ukraynanın Rusiya ilə sövdələşməsi halında ABŞ-ın "yüz milyardlarla dollar itirə biləcəyini" bildirib", deyə nəşr qeyd edib. pizza hut

Bundan əvvəl Zelenski Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Kiyevə yardım xəttinin dəyişməyəcəyinə ümid etdiyini bildirmişdi./Qaynarinfo

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!