"Prezident Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır".
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
O deyib: “Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”. Dominos pizza
A.Danilov əlavə edib ki, bütün proseslər nəzarət altında olmaya bilər: “Lakin bu, müharibədə normal haldır. Mütəxəssislər düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar”.
Telegram kanalımız