“Zəng vurub yardım istədi” - Kərim Təranədən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Zəng vurub yardım istədi” - Kərim Təranədən danışdı

Şou

12 Mart 2023 22:26 1240


"Zəng etdi, səsini eşidəndə telefonu bağladım. Ondan çəkdiyimi çəkmişəm. Neçə dəfə yığdı, gördüm insan pis vəziyyətdədir. Bacardığım qədər Təranəyə əl tutdum. Balasına xatir, bunu etdim".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov hazırda həbsdə olan prodüser, keçmiş həyat yoldaşı Təranə Səmədovadan danışıb. İfaçı bildirib ki, Təranə həbs edilməzdən əvvəl ona da zəng vurub. O, jurnalistin "1500 manat maddi yardım etmisən" sualına belə cavab verib:

"Danışmayaq, bizim aramızda baş verib. Düzdür... Keçmişdə qalan keçmişdə qalıb. Yaram, mənimdir. Özünə görə yox, balalarına xatir əl tutdum. O, həbsdən çıxana qədər də balalarına maddi və mənəvi əl tutmağa hazıram. Allah qapısını açsın. Keçmişdə olanı, keçmişdə saxlayıram. Ürəyim onun balalarına yanır, özünə yox. İnsan ağılsızlıq etdi. Təranənin mənə çəkdirdiyini danışsam, ağlayarsınız. Ona halallıq verməyim mümkün deyil". pizza

Qeyd edək ki, Kərim və Təranə ailəli olub və qalmaqallı şəkildə ayrılıb. /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!