“Zəngəzur dəhlizi Bakının şərtləri ilə açılacaq” - ABŞ-dən mesaj gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Zəngəzur dəhlizi Bakının şərtləri ilə açılacaq” - ABŞ-dən mesaj gəldi

Siyasət

04 Fevral 2024 21:11 2198


Artıq Qərbdə də Zəngəzur dəhlizindən danışırlar.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ermeni politoloq Suren Surenyants deyib.

Ekspert ABŞ-nin “Fitch Group” şirkətinin məsələ ilə əlaqədar proqnozuna diqqət çəkib. Şirkətin analitikləri hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilin birinci yarısında imzalana bilər. "Fitch Group"un iddiasına görə, sazişə Zəngəzur dəhlizinə Azərbaycanın nəzarətini gücləndirəcək müddəaların yer alması ehtimalı yüksəkdir. Dördpendirli pizza

Surenyants bildirib ki, bu, Azərbaycan və Ermənistanın yox, bir Qərb mərkəzinin proqnozudur: “Ermənistan rəhbərliyi dəhliz mövzusunu gündəmdən çıxara bilmədi. Təəssüf ki, bu məsələnin həlli Ermənistan üçün üçtərəfli sənəddə (10 noyabr) göstəriləndən daha mürəkkəb olacaq. Sülh müqaviləsinin imzalanıb-imzalanmayacağının və ya həmin müqavilənin kimin vasitəçiliyi ilə imzalanmasının heç bir əhəmiyyəti yoxdur. İmzalanacaq sənəd (dəhlizlə bağlı) Ermənistan üçün 10 noyabr bəyanatından daha yaxşı olmayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rəfael
    Sülh müqaviləsi imzalanmayacaq. Heç bir Qərb və ya Şərq bunu ermənilərə məcbur edə biməyəcək, 20-30 ildən sona, Qərbi Azərbaycanda hay qalmasa, bu və ya buna bənzər sənəd imzalana bilər. Buna ermənilərin xisləti yol verə bilməz!
    2 years ago