Zərdab sakinlərindən qanunsuz silah-sursat götürüldü

Zərdab sakinlərindən qanunsuz silah-sursat götürüldü

Hadisə

26 Yanvar 2023 22:07 434


Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Burunlu kənd sakinləri H.İsgəndərovdan və A.Rəhimovdan müvafiq sənədləri olmayan ov silahları aşkarlanaraq götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!