Zərdabda 22 min manat ziyan vurmuş dələduz həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda 22 min manat ziyan vurmuş dələduz həbs olundu

Kriminal

26 Yanvar 2024 09:33 818


Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb. 

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şikayətçi 4 nəfərdir.

Onlar Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildiriblər. Marqarita pizza

Həmin əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Fariz Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi dələduzluq faktlarını etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, F.Əliyev ötən ilin iyun ayında bir nəfər rayon sakininin etibarından istifadə edərək ona birlikdə ət məhsullarının satışını həyata keçirəcəyini və qazanc əldə edəcəkləri vədini verib və sonuncunun 11000 manat pulunu ələ keçirib. Noyabr ayı ərzində isə rayonun Körpükənd və Qoruqbağı kənd sakini olan 3 təsərrüfatçının etibarından istifadə edən saxlanılan şəxs onlara məxsus ümumilikdə 6 baş iribuynuzlu heyvanı ələ keçirib və dəyərindən ucuz qiymətə satıb. 

Zərərçəkmişlərə ümumilikdə 22 000 manatdan artıq maddi ziyan vuran F.Əliyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!