Zərdabda narkotikə görə üç nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda narkotikə görə üç nəfər tutuldu

Kriminal

08 Fevral 2023 19:53 913


Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı üç nəfər - Bakı şəhər sakini T.Yusibov, Zərdab rayon sakinləri N.Mütəllimli və Ə.Məhəmmədli saxlanılıb.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə kağız və sellofan bükümlərdə qablaşdırılmış narkotik vasitələr aşkarlanaraq götürülüb. Hər üç şəxs izahatlarında qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər. Marqarita pizza

Saxlanılanlar barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!