Zərif ABŞ-la danışıqlara qayıtmaq şərtini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zərif ABŞ-la danışıqlara qayıtmaq şərtini açıqladı

Siyasət

21 Fevral 2021 19:29 739


Tehran sazişin bütün tərəflərinin öhdəliklərini yerinə yetirməyə başlamasından sonra Vaşinqtonla nüvə razılaşmasına dair danışıqlara başlamağa hazırdır.

Yenisabah.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“İran danışıqlara tərəflər öz öhdəliklərini yerinə yetirməyə qayıdanda başlayacaq”, - “Press TV” onun sözlərini sitat gətirir. Diplomat əlavə edib ki, faktiki olaraq ABŞ hələlik öz siyasətini dəyişməyib. Zərif qeyd edib ki, nüvə razılaşmasına dəyişiklik edilməsi ilə bağlı danışıqlar olmayacaq. Dominos pizza

Onun sözlərinə görə, Rusiya və Çin Avropa ölkələrindən fərqli olaraq, nüvə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməyə çalışırlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!