“Zerkalnı Əliyar”ın sürücülük vəsiqəsi əlindən alındı

saytların hazırlanması

Evə çatdırılma

“Zerkalnı Əliyar”ın sürücülük vəsiqəsi əlindən alındı

Hadisə

12 Sentyabr 2022 16:33 910


Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşovun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulub.

Yenisabah.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 10-MM-100 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsünün bir neçə ayda 20 ballıq qayda pozuntuları aktlaşdırılıb. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi əsasında bu gün onun vəsiqəsinə 1 il müddətinə məhdudiyyət tətbiq edilib.

Mövcud qanunvericiliyə əsasən, bu kimi hallarda sürücü təyin edilmiş qadağa müddəti başa çatandan sonra yenidən təcrübi imtahan verərək nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi əldə edə bilər. Dördpendirli pizza

Qeyd edək ki, son aylarda Əliyar Dadaşovun törətdiyi qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!