Zığ-Hövsan yolu yenidən qurulur   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zığ-Hövsan yolu yenidən qurulur - Fotolar

Sosial

12 Sentyabr 2020 11:23 1999


Nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək, o cümlədən piyadalar üçün əlverişli hərəkət şəraiti yaratmaq məqsədi ilə Suraxanı rayonunda avtomobil yollarının yenidən qurulması işləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Suraxanı rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, “2019-2023-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 tərəfli Zığ-Hövsan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri aparılır.

Zığ qəsəbəsindən Hövsan qəsəbəsinin girişinədək 7,4 km uzunluğunda olan avtomobil yolunun bir istiqamət üzrə 6,4 km hissəsində işlər başa çatmışdır. Hazırda isə 2-ci istiqamət üzrə tikinti işlərinə start verilmişdir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!