1 yaşlı körpəsini öldürən qadın 14 il həbs cəzası aldı

saytların hazırlanması

Evə çatdırılma

1 yaşlı körpəsini öldürən qadın 14 il həbs cəzası aldı

Kriminal

10 İyul 2023 14:41 1449


Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Prokuror Fuad Musayev təqsirləndirilən Nərgiz Bağıyevanın 16 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Sezar pizza

Prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

Daha sonra Nərgiz Bağıyeva məhkəmədə son sözlə çıxış edib.

Məhkəmənin hökmü ilə Nərgiz Bağıyeva 14 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nərgiz Bağıyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!