10 nəfərin 20 min manatını mənimsəyən dələduz saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

10 nəfərin 20 min manatını mənimsəyən dələduz saxlanıldı

Kriminal

02 Oktyabr 2023 11:27 568


Hacıqabulda vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Abşeron rayon sakini Zeynalabidin Məlikzadə saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edib, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Daha sonra isə ona zəng edən şəxslərlə satış qiyməti barədə razılığa gəlib, sonra avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, zərərçəkmişlərə özünə məxsus bank hesab nömrəsini tədqim edib.

Beh alan Z.Məlikzadə zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib. Dominos pizza

Ümumilikdə 10-dan çox vətəndaşı eyni üsulla aldadaraq zərərçəkənlərin 20 min manata yaxın pulunu ələ keçirən şəxs sonuncu dəfə törətdiyi əmələ görə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı Z.Məlikzadə barəsində Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!