Prodüser, aparıcı Tarix Əliyev (Tolik) "Azərbaycan Hava Yolları"nı (AZAL) tənqid edib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, aparıcısı olduğu “Ümid ilə gəl” proqramında danışıb:
“Azərbaycan Hava Yolları"nın rəhbərliyinə müraciət edirəm. Dekabrın 30-u İstanbula gedib, yanvarın 4-ü qayıtmaq istəyirdim. “Ekonom-klass”la biletin qiyməti 1050 manatdır. Avropada bir ölkədən digərinə uçuş 29-30 avrodur. “Buta”nı da yalandan açmısınız, 6 ay qabaq biletlər satılır. 1050 manata xaricdə “biznes-klass”da uçurlar. Bu qiymətə bilet olar?! Marqarita pizza
AZAL rəhbərliyi, bu, nə deməkdir ki? 4-5 il bundan qabaq 900 manata buradan Amerikaya uçub qayıdırdım. Hörmətli Cahangir müəllim, bu qiymətə bilet olmaz! Hava limanına girmək olmur. Bir şüşə suyun qiyməti 5 manatdır. Başa düşürəm, dünya ölkələrində də belədir. Amma bura Azərbaycandır, insanları incitmək olmaz!”
Telegram kanalımız