Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Göygöl polisinin keçirdiyi əməliyyat nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34800 manat olan 109 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini İlqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar. Marqarita pizza
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız