Tovuzda itkin düşən 15 yaşlı qız tapılıb.
Yenisabah.az xəbər verir ki, DİN mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bununla bağlı açıqlama verib.
Onun sözlərinə görə, Şəmkir rayon Kür qəsəbə sakini 2007-ci il təvəllüdlü A.Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini 1994-cü il təvəllüdlü E. Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar. Polis əməkdaşları onların yerini müəyyən edib və azyaşlı valideynlərinə təhvil verilib. Dördpendirli pizza
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Telegram kanalımız