20 Yanvar faciəsi SSRİ-nin sonunun başlanğıcı oldu -   Tarixçi alim

saytların hazırlanması

Evə çatdırılma

20 Yanvar faciəsi SSRİ-nin sonunun başlanğıcı oldu - Tarixçi alim

Siyasət

20 Yanvar 2021 14:38 757


"20 Yanvar SSRİ-nin sonunun başlanğıcı idi. Bu, SSRİ siyasi sisteminin böhranını və M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib.

O, Sovet İttifaqının ideoloji baxımdan Kommunist Partiyası ilə ayaqda dayandığını xatırladıb. Qeyd edib ki, partiya rəhbərliyinin dinc əhalinin gülləbəran edilməsinə əmr verməsi partiyanı və ideologiyanı tamamilə gözdən düşürüb: Toyuqlu pizza

"Məlum olduğu kimi, planlı sosialist təsərrüfatına əsaslanan sovet iqtisadiyyatı zəncir kimi bir-biri ilə sıx bağlı idi. Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodların 40 gün işləməməsi sovet iqtisadiyyatının dağılmasına ciddi təsir etdi. SSRİ-nin iqtisadi əsasları sarsıldı. Sovet dövləti güc baxımından ordu, polis və xüsusi xidmət orqanları üzərində dayanırdı. Ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordunun dinc ölkə vətəndaşlarını vəhşicəsinə öldürməsi nəticəsində orduya olan inam sarsıldı. Sovet İttifaqı ideoloji baxımdan Kommunist Partiyası ilə ayaqda dayanırdı. Partiya rəhbərliyinin dinc əhalinin gülləbəran edilməsinə əmr verməsi partiyanı və ideologiyanı tamamilə gözdən düşürdü. Kommunistlər partiya biletlərindən imtina etməklə SSRİ-nin ideoloji əsasını sarsıtdılar. 20 yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Xalq bundan sonra “Mərkəz” ilə yolunun bir olmayacağına, keçmişə qayıdışın mümkünsüzlüyünə bir daha əmin oldu, hakimiyyətə də etimad bəsləmədi və gələcək həyatını qəti olaraq dövlət müstəqilliyində gördü".

Professorun sözlərinə görə, dünyada və ölkədə baş verən obyektiv proseslərin təsiri altında SSRİ-nin dağılması sürətlənib:

"1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsi məqsədi ilə edilən çevriliş cəhdi iflasa uğradıqdan sonra ölkənin dağılmasını sürətləndi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Bir müddət sonra hələ SSRİ mövcud olduğu bir şəraitdə -oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul edildi".

Millət vəkili deyib ki, 20 Yanvar faciəsi elmi-tarixi cəhətdən bundan sonra da araşdırılacaq:

"20 Yanvar hadisəsinə həsr edilmiş çoxlu kitablar və kitabçalar vardır. Ancaq bu, kifayət deyildir. Çünki tarixi tədqiqatlarda heç bir vaxt nöqtə qoyulmur. Zaman gələcək sovet dövrünün ən məxfi arxiv sənədlərindən istifadə etmək mümkün olacaq, o zaman bir çox həqiqətlər üzə çıxacaq və daha yaxşı əsərlər yazılacaq. 20 Yanvar hadisəsinə dair mətnlər tarix dərsliklərində verilib. Lakin bu mətnlər əsasən matəm ruhundadır. Məncə, 20 Yanvar hadisəsinin daha çox qəhrəmanlıq tərəfi geniş təbliğ edilməlidir. Çünki 20 yanvar şəhidlərinin arzuları, uğrunda həyatlarını fəda etdikləri istəkləri bu gün həyata keçib. Ölkəmiz müstəqildir, Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa və digər ərazilərimiz işğaldan azad edilib".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!